Sülhməramlıların 3 təminat avtomobili Laçına gedib
Şuşa, 18 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
BQXK-nın səkkiz avtomobili Xankəndiyə geri dönüb
Sülhməramlıların avtomobillərinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb
Laçın-Xankəndi yolu: Yeni könüllü qrupları aksiyaya dəstək üçün əraziyə gəliblər
Vüqar Rəhimzadə: Ədalətdən uzaq Fransanın simasızlığı
Sülhməramlıların daha 20 avtomobili aksiya ərazisindən keçib