Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Antonio Quterreş: İqlim dəyişikliyi Yer kürəsini yaşayış üçün yararsız edir
Martın 25-nə gözlənilən hava proqnozu
Son iki gündə meşə fondu torpaqlarında 30 mindən çox ağac əkilib
Sabirabadda vətəndaşlara ağac tingləri paylanılıb
Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi məsələsi müzakirə olunub