Xızıda şəhid ailələrinə bayram sovqatı paylanılıb
Xızı, 18 mart, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Novruz bayramı münasibətilə Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ailələrlə görüşlər zamanı şəhidlərin əziz xatirələri yad edilib, onların həyatı və döyüş yolu haqqında söhbətlər aparılıb. Şəhid ailələrinə bayram sovqatları təqdim olunub.
Bayramla əlaqədar polis əməkdaşları tərəfindən aztəminatlı ailələrə və tənhalara da bayram sovqatları paylanılıb.
Qazan xanın yurd saldığı “Qazan köşkü”
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar
Bayram günlərində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib
Göbələk həvəskarları üçün yeni dad – quzu ətindən baha olan quzuqarnı