Baş Prokurorluq: Dənizkənarı Milli Park yaxınlığında meyitin aşkarlanması ilə bağlı araşdırma aparılır
Bakı, 18 mart, AZƏRTAC
Paytaxtın Səbail rayonundakı Dənizkənarı Milli Park yaxınlığında, dənizdə 2002-ci il təvəllüdlü Xəyal Məmmədovun meyitinin aşkarlanması ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən sorğuya cavab olaraq məlumat verilib.
Bildirilib ki, mərhumun intihar etməsi ehtimal olunur.
FHN: Suraxanı rayonunda fərdi evdə yanğın baş verib
Hövsanda anbardan 30 min manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlanıb
DİN: Ölkə ərazisində qeydə alınan 59 cinayətin üstü açılıb