Azərbaycanla Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu təsdiq edilib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyəyə bildiriş göndərməlidir.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır