Donald Tramp həbs oluna bilər?
Bakı, 18 mart, AZƏRTAC
ABŞ-nin sabiq prezidenti Donald Tramp yaxın günlərdə həbs olunacağını güman edir.
AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, Donald Tramp Manhattan dairə məhkəməsinin “Stormi Deniels” işi çərçivəsində qərar çıxararaq ona qarşı ittiham irəli sürməyə hazırlaşdığını düşünür. O, özünün “Truth Social” sosial şəbəkəsində gələn həftənin çərşənbə axşamı günü həbs olunacağını yazıb.
Sabiq prezident tərəfdarlarını mümkün həbsinə qarşı etirazlara səsləyərək, onları ölkəni “geri qaytarmağa” çağırıb.
Xatırladaq ki, 2018-ci ilin yanvarında “Wall Street Journal” qəzeti Donald Trampın 2006-cı ildə aktrisa Stormi Deniels ilə intim əlaqəsi olduğu və susması üçün ona 130 min dollar ödədiyi barədə məqalə dərc edib. Nəşrin iddiasına görə, aktrisa Donald Trampı və onun vəkili Maykl Koeni məhkəməyə verib.
Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir
”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib
“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur
Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO
Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək