Azərbaycan ilə Türkiyə arasında tikinti işləri sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də bununla bağlı Fərmanı imzalayıb.
Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır