×
A
A
A
Sazlamalar

Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Bakı, 18 mart, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz martın 23-də müvafiq olaraq Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. U-21 bu məqsədlə, martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

İdman 2023-03-18 18:16:00