Vatikan Yunanıstana Parfenon mərmərlərinin fraqmentlərini verəcək
Bakı, 18 mart, AZƏRTAC
Vatikan XIX əsrdən Vatikan muzeylərində saxlanılan Parfenon mərmərlərinin üç fraqmentini Yunanıstana qaytaracaq.
Bu barədə AZƏRTAC Forbes jurnalına istinadla xəbər verir.
Bundan əvvəl Roma Papası Fransisk artefaktları Yunanıstana qaytaracağına söz vermişdi. İndi onun sözləri rəsmən təsdiqlənib.
Bildirilir ki, heykəllər artıq martın 24-də təntənəli şəkildə Yunanıstan tərəfinə təhvil veriləcək.
Əvvəllər məlum olub ki, Böyük Britaniya Parfenonun mərmər heykəllərini Yunanıstana qaytarmaqdan imtina edib.
Vatikan Yunanıstana Parfenon mərmərlərinin fraqmentlərini verəcək
Alimlər Misir mumiyalarının sirlərini açıblar
BMW yolda rəngini dəyişə bilən avtomobilini təqdim edib
Lotereya oyununda etdiyi səhv fransıza 17 milyon avro qazandırıb
Alimlər min illər əvvəl itlərin əhliləşdirilməsinə səbəb olan amili müəyyənləşdiriblər