ABŞ neftini Avropaya daşımaq üçün supertankerlər donanması göndərilir
Bakı, 18 mart, AZƏRTAC
Rusiya neftinə tətbiq edilən sanksiyalar neft daşıma bazarını dəyişdiyi üçün Avropa bu ay rekord həcmdə ABŞ nefti idxal etməyə hazırlaşır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, gündə 1,84 milyon barelə qədər neft daşıyan gəmilər bu ay Fars körfəzindən ABŞ-a gəlməlidir. Bu arada Rusiya neftini Asiyaya daşımaq üçün daha çox gəmiyə sifariş verildiyindən kiçik gəmilər bahalaşır.
“Very Large Crude Carriers” və ya VLCC kimi tanınan ümumilikdə 11 supertanker və 16 “Suezmax” sinifli gəmi bu ay ABŞ körfəzindən Avropaya gəlməlidir. Bu böyük gəmilər bir il əvvəl 37 faiz ilə müqayisədə hazırda xam neftin təxminən 60 faizini daşıyır. Supertankerlər təxminən 2 milyon barel, “Suezmax” isə təxminən 1 milyon barel neft daşıya bilər.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır