DSK: Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda istehsal edilib
Bakı, 18 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında neft-qaz sektorunda məhsul istehsalı 3,7 faiz azalıb, sənayenin qeyri-neft-qaz sektorunda isə 6,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 73,2 faizi mədənçıxarma, 21,5 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 48 milyon dolları ötüb
Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlıq əlaqələri genişləndirilir
Ölkəmizə gələn vətəndaşlara bayram hədiyyələri təqdim edilib
Abşeron Milli Parkına müntəzəm avtobus marşrutu xətti açılır