“Heydər Əliyev İli” çərçivəsində Qaxda ağacəkmə aksiyası təşkil edilib
Qax, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə martın 18-də Qax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən aksiya zamanı Qax-Şəki magistral avtomobil yolunun kənarında 170 ədəd ipək akasiyası və sərv ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, könüllülər iştirak ediblər.
Qazan xanın yurd saldığı “Qazan köşkü”
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar
Bayram günlərində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib
Göbələk həvəskarları üçün yeni dad – quzu ətindən baha olan quzuqarnı