Prezident: İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın
Bakı, 18 mart, AZƏRTAC
Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində bildirib.
Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. “Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır, - deyə dövlətimizin başçısı əlavə edib.
AŞPA-nın komitə iclasında Azərbaycanın mədəni irsinə vurulmuş ziyandan danışılıb
Moskva Rusiya-Azərbaycan-İran formatına böyük əhəmiyyət verir
Rusiya XİN azərbaycanlıların Qərbi Azərbaycana qayıtması məsələsinə münasibət bildirib
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində sülh prosesinə alternativ görmür