×
A
A
A
Sazlamalar

Serb şirkətləri Azərbaycanla tərəfdaşlıqda maraqlıdırlar

Bakı, 18 mart, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Serbiyanın Novi Pazar şəhərinin meri Nihad Bişevaçla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, sənaye, turizm, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştirak, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.
Nihad Bişevaç Novi Pazar şəhərinin iqtisadi potensialı barədə danışıb, serb şirkətlərinin Azərbaycanla tərəfdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Tərəflər iqtisadi-ticarət əlaqələri, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə reinteqrasiya işlərində Novi Pazar şəhərindən olan şirkətlərin iştirakı imkanları barədə müzakirə aparıblar.

İqtisadiyyat 2023-03-18 15:10:00