Ağcabədidə Novruz bayramı təntənə ilə qeyd olunub
Ağcabədi, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, əsrlərdir qeyd olunan qədim el bayramı Novruz Ağcabədidə böyük təntənə ilə qeyd olunur. Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilir, şəhid ailələri, qazilər, imkansız ailələr ziyarət edilir, onlara bayram sovqatları aparılır, xalqımızın birliyi, həmrəyliyi daha da möhkəmlənir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhərindəki Heydər Əliyev meydanında Novruz bayramına həsr olunmuş ümumrayon tədbirində iştirakçılar əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgiyə baxış keçiriblər. Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən görüntülər, səslənən xeyir-dualar keçmişimizin mənzərəsini canlandıraraq tədbirə xüsusi rəng qatıb.
Faytonla bayram ab-havasında bəzədilmiş meydana daxil olan Dədə Qorqud və Bahar qızın təbriklərindən sonra Novruz tonqalı alovlandırılıb. Çıxış edənlər iştirakçıları təbrik edib, onlara cansağlığı, ruzi-bərəkət, firavan həyat arzulayıblar.
Gənc idmançıların nümunəvi çıxışları böyük maraqla qarşılanıb. Bayram tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı ilə davam etdirilib.
Qazan xanın yurd saldığı “Qazan köşkü”
Göyçəli Razim əmi: Ümid edirik ki, “Dəmir yumruq” Göyçəyə də enəcək
Zaqatalada qaydaları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunublar
Bayram günlərində Şəkiyə gələnlərin əksəriyyətini yerli turistlər təşkil edib
Göbələk həvəskarları üçün yeni dad – quzu ətindən baha olan quzuqarnı