×
A
A
A
Sazlamalar

“Toy dəsgahı” yenidən səhnədə

Bakı, 18 mart, AZƏRTAC
Martın 19-da Azərbaycan Dövlət “Yuğ” Teatrı “Toy dəsgahı” tamaşasını təqdim edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, C.Məmmədquluzadənin “Çay dəsgahı” əsəri əsasında hazırlanmış səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı isə Umay Həsənovadır.
Milli adət-ənənələrin, ritualların vurğulandığı tamaşa çoxsəsli ambivalent artefaz janrındadır.
Səhnə əsərində aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Günəş Tegin, Elgün Həmidov, Elşən Əsgərov və Nigar Mürsəlova çıxış edəcək.
Tamaşaya baxmaq istəyənlər biletləri www. iticket az saytından əldə edə bilərlər.
Xronometrajı 60 dəqiqə olan səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq.

Teatr və kino 2023-03-18 12:31:00