AZAL Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir
Bakı, 18 mart, AZƏRTAC
AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.
Küveytin görməli məkanları, müasir Şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir. Aviabiletləri www.azal.az saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Paytaxtın müxtəlif ərazilərində 268 avtobusun hərəkət intervalında gecikmələr var
AZAL və IATA yeni memorandum imzalayıblar
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
Paytaxtın müxtəlif ərazilərində 231 avtobusun hərəkət intervalında gecikmələr var