Sülhməramlılara məxsus altı avtomobil Laçın istiqamətinə maneəsiz keçib
Şuşa, 18 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat, bir tibbi yardım maşını və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Baş nazir Əli Əsədov Türkiyənin sabiq Vitse-prezidenti Fuat Oktaya təşəkkür edib
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Qənirə Paşayeva: Azərbaycanın istəyi regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasıdır