Beynəlxalq dərəcəli azərbaycanlı həndbol hakimləri növbəti təyinat alıblar
Bakı, 18 mart, AZƏRTAC
Beynəlxalq dərəcəli həndbol hakimləri Erners və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcrübəli referilər bu dəfə qadın həndbolçuların EHF Avropa kuboku turnirində ölkəmizi təmsil edəcəklər. Söhbət qitənin nüfuzlu klub turnirinin yarımfinal mərhələsinin “Antalya Konyaaltı BSK” - “MKS İUVENTA Mixalovçe” görüşündən gedir.
Türkiyə və Slovakiya təmsilçilərinin qarşılaşması gərgin və maraqlı mübarizə vəd edir.
Oyun martın 18-də Akdeniz Universitetinin idman sarayında keçiriləcək.
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb