Ekoaksiya: avtomobillər Laçın-Xankəndi yolunda sərbəst hərəkət edir
Şuşa, 18 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, martın 17-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 97 təminat-təchizat, evakuasiya, tibbi yardım maşını və minik avtomobili maneəsiz keçib.
BQXK-yə məxsus altı minik və bir yük avtomobili də səhər saatlarında Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri qayıdıblar. Beləliklə, gün ərzində 111 avtomobilin sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Ceyhun Bayramov “GLOBSEC” beyin mərkəzinin keçirdiyi dəyirmi masa müzakirələrində iştirak edib
Avropa Parlamentində Azərbaycanın enerji siyasəti ilə bağlı fikir mübadiləsi aparılıb
Azərbaycanla Avstriya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub
ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın müharibə cinayətlərindən danışılıb
Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin yenidən inteqrasiyasında qərarlıdır