×
A
A
A
Sazlamalar

Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,7 dəfə artım qeydə alınıb

Bakı, 17 mart, AZƏRTAC

Yanvar-fevral aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 96,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 3,7 dəfə, geyim istehsalında 17,3 faiz, toxuculuq sənayesində isə 25,6 faiz artım müşahidə olunub.

İqtisadiyyat 2023-03-17 23:49:00