×
A
A
A
Sazlamalar

Dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Bakı, 17 mart, AZƏRTAC

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1098,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 57,1 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 1591,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1316,2 min tonunu və ya 82,7 faizini tranzit yüklər təşkil edib. 2023-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 60,2 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən iki dəfə artaraq 2,8 min nəfər olub.

Nəqliyyat 2023-03-17 17:55:00