×
A
A
A
Sazlamalar

UEFA Çempionlar Liqası: dörddəbir final mərhələsinin püşkü atılıb

Bakı, 17 mart, AZƏRTAC

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında keçirilib.
Püşkatma nəticəsində bu mərhələdə qarşılaşacaq komandalar məlum olub:
“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)
“Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)
“Milan” (İtaliya) - “Napoli” (İtaliya).

Qeyd edək ki, dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri həmin ayın 18-19-da keçiriləcək.
Yarımfinal qarşılaşmaları mayın 9, 10-da və 16, 17-də oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda olacaq.

İdman 2023-03-17 15:50:00