×
A
A
A
Sazlamalar

“StartupFest Gəncə” Proqramının təqdimatı keçirilib

Bakı, 17 mart, AZƏRTAC

Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə şəhərindəki innovasiya mərkəzlərində “StartupFest Gəncə” Proqramının təqdimatı keçirilib.
Asiya İnkişaf Bankından (AİB) AZƏRTAC-a bildirilib ki, gənclər görüş zamanı proqram çərçivəsində keçiriləcək müxtəlif fəaliyyətlər, eləcə də Bankın Azərbaycanda texnoloji startapların inkişafına göstərdiyi dəstəyə dair məlumat əldə ediblər. Proqramın məqsədi yaşıl enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan verməkdir. Proqram çərçivəsində startap müsabiqəsi, habelə startap təşəbbüskarları üçün təlimlər və akselerasiya proqramının keçirilməsi nəzərdə tutulub.
Proqramın qalibləri bacarıqlarını daha da təkmilləşdirmək üçün müxtəlif fürsətlər əldə edəcəklər.
“StartupFest Gəncə” AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardımı çərçivəsində təşkil olunur. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə reallaşdırılan Texniki Yardım Koreyanın E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun tərəfindən maliyyələşdirilir.

İqtisadiyyat 2023-03-17 16:03:00