×
A
A
A
Sazlamalar

İctimai iaşə dövriyyəsi 22 faiz artıb

Bakı, 17 mart, AZƏRTAC

2023-cü ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22 faiz artaraq 255,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,2 faizi hüquqi şəxslərin, 49,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,2 faiz artaraq 127 milyon manat olub.

İqtisadiyyat 2023-03-17 15:42:00