×
A
A
A
Sazlamalar

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı, 17 mart, AZƏRTAC

Martın 1-nə iqtisadi fəal əhalinin sayı 5359,7 min nəfər olub, onlardan 5057,4 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1712,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,1 min nəfər, qeyri-dövlət sektorunda isə 811 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1680,6 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 19,5 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
2023-cü ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 141,6 saat təşkil edib.

İqtisadiyyat 2023-03-17 15:08:00