×
A
A
A
Sazlamalar

Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən maneəsiz keçib

Şuşa, 17 mart, Elmir Səftərov, AZƏRTAC

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus 17 təminat-təchizat və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 1 minik avtomobili Xankəndiyə gedib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Siyasət 2023-03-17 14:04:00