×
A
A
A
Sazlamalar

Moldova xəbər portalı: Ermənistan Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır

Kişineu, 17 mart, AZƏRTAC

Moldovanın nüfuzlu “Noi” xəbər portalında Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının martın 16-da Ankarada keçirilən Fövqəladə Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına dair məqalə dərc edilib.
AZƏRTAC-ın materialları əsasında dərc olunan məqalədə dövlətimizin başçısının Ermənistan haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, 2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.
Məqalədə, həmçinin vurğulanıb ki, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Siyasət 2023-03-17 13:25:00