Sürücüyə qarşı quldurluq əməli törətməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 17 mart, AZƏRTAC
Binəqədi rayonunda “Chevrolet” markalı avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluq əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərur rayonunda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb