×
A
A
A
Sazlamalar

Bu il dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşınmasında artım müşahidə olunub

Bakı, 17 mart , AZƏRTAC

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-fevral aylarında 2,9 milyon ton yük, 964,1 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 14,6 faiz, sərnişin daşınmasında isə 57 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 195 vaqon yüklənib, 406 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 8,9 min ton, Qərb istiqaməti üzrə 1,7 min ton, Cənub istiqaməti üzrə isə 0,5 min ton yüklənmə işi yerinə yetirilib.

Nəqliyyat 2023-03-17 13:03:00