×
A
A
A
Sazlamalar

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə yüklərin daşınması artıb

Bakı, 17 mart, AZƏRTAC

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,7 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat 2023-03-17 13:02:00