Xırdalan sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb
Bakı, 17 mart, AZƏRTAC
Xırdalan şəhərində qadın sakinin bank hesabından 2 min manat məbləğində pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Oğurluq əməlində şübhəli bilinən Hökməli qəsəbə sakini Elxan Məmmədov əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb
Samuxda keçmiş məhkumda odlu silah aşkarlanıb
Paytaxtın Bakıxanov qəsəbəsində çoxmərtəbəli binada yanğın olub VİDEO