Paytaxt sakininə qarşı soyğunçuluq edən şəxs tutularaq istintaqa təhvil verilib
Bakı, 17 mart, AZƏRTAC
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində qadına qarşı soyğunçuluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəsəbə ərazisində maskalı şəxsin qadına qarşı zor tətbiq edərək, içərisində 3 min manat məbləğində pul olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat verilib. Soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini Orxan İsgəndərov Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun əvvəllər narkotiklərlə bağlı məhkum olduğu müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərur rayonunda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb