×
A
A
A
Sazlamalar

Fevralda ölkədə gündəlik xam neft hasilatı 531 min barel olub

Bakı, 17 mart, AZƏRTAC

Cari ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 648 min barel olub. Bunun 531 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.
Energetika Nazirliyini mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Neft - qaz 2023-03-17 11:45:00