Azərbaycan Braziliya Ciu-citsu Federasiyası xeyriyyə tədbiri təşkil edib
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Braziliya Ciu-citsu Federasiyası və Bakı Baş Mədəniyyət İdarəsinin Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzinin birgə təşəbbüsü ilə 8 nömrəli internat məktəbində Novruz bayramı ilə əlaqədar xeyriyyə tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə federasiyanın prezidenti Aqil Acalov, mədəniyyət evinin əməkdaşları, digər nümayəndələr və qonaqlar uşaqlarla görüşərək onların bayramını təbrik edib, birlikdə əyləniblər.
Aqil Acalov kimsəsiz uşaqların Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi nəzarəti ilə dövlətimiz tərəfindən diqqətdə saxlanıldığından və onlar üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, bu cür sosial layihələr federasiyanın illik fəaliyyət planına daxil olmaqla silsilə şəkildə təşkil ediləcək.
Daha sonra tədbir Novruz bayramının personajları Keçəl və Kosanın səhnəcikləri, müğənnilərin çıxışları ilə davam edib.
“Mançester Siti” dünyanın ən bahalı futbol brendidir – Reytinq siyahısı
“İnter” Çempionlar Liqasının final oyununa ciddi itkilərlə çıxacaq
Paralimpiyaçılarımız IBSA Dünya Oyunlarında iştirak edəcəklər
Azərbaycan məşqçiləri Beynəlxalq Cüdo Federasiyasının akademiyasında təhsillərini davam etdirirlər
Azərbaycan boksçuları üçüncü Avropa Oyunlarına hazırlığın son mərhələsinə start veriblər