×
A
A
A
Sazlamalar

Zaqatalada keçmiş arvadını güllələyən kişi istintaqa könüllü təslim olub

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə Zaqatala Rayon Prokurorluğuna məlumat verilib.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhəmməd Didiyev hadisədən sonra istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.

Hadisə 2023-03-17 11:34:00