×
A
A
A
Sazlamalar

BQXK-nın yeddi avtomobili Laçına gedib

Şuşa, 17 mart, Elmir Səftərov, AZƏRTAC

Ekoaksiyanın iştirakçıları martın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən BQXK-ya məxsus altı minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.
Qeyd edək ki, erməni əsilli şəxslər bu avtomobillərdə Ermənistana aparılıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Siyasət 2023-03-17 09:04:00