Qadın şahmatçılarımız Avropa çempionatında qüvvələrini sınayacaqlar
Bakı, 17 mart, AZƏRTAC
Martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, 11 turdan ibarət qitə çempionatında 35 ölkə iştirak edəcək.
Azərbaycanı qitə çempionatında Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcək.
Avropa çempionatının ümumi mükafat fondu 60 min avro təşkil edir. Qitə çempionatına martın 29-da yekun vurulacaq.
“IronWind” açıq Azərbaycan turnirinin qalibləri bəlli olub
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb