Oğlanlardan ibarət U-16 yığmamızdan növbəti qələbə
Bakı, 17 mart, AZƏRTAC
Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız ilk görüşdə məğlub olduğu güclü "Zaza Pachulia Academy" komandasına bu dəfə 88-87 hesabı ilə qalib gəlməyi bacarıb.
Qeyd edək ki, təlim-məşq toplanışında üç hazırlıq oyunu keçirən Tahir Baxşıyevin yetirmələri bu oyunların ikisində qalib, birində isə məğlub olublar.
Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib
FIDE-nin reytinq cədvəli: Nicat Abasov bir pillə irəliləyib
"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar
Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb
Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib