Güləşçimiz Birgül Soltanova Avropa çempionatının finalında
Bakı, 17 mart, AZƏRTAC
Rumıniyanın Buxarest şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, mübarizəyə 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırsa da, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb - 0:5. G.Şirinova bürünc medal uğrunda güləşəcək. O, Mariana Draqutan (Moldova) - Çadia Ayaçi (Fransa) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.
Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib - 2:13. J.Əliyeva sabah təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairlə güləşəcək.
Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu "tuş"la məyus edərək adını yarımfinala yazdırıb. B.Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub - 6:3. Birgül sabah finalda rumıniyalı Amina Kapezanla qarşılaşacaq.
“IronWind” açıq Azərbaycan turnirinin qalibləri bəlli olub
Türk mütəxəssis Qəbələ, Oğuz və Şəkidə voleybolçu qızların seleksiya məşqini izləyib
İstanbul derbisində "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycandan Çinə ötürülüb
Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb