Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub
Bakı, 16 mart, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leordaya 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda litvalı Qabija Diliteyə məğlub olub.
Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovskaya 12:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda isveçli Emma Malmqrenə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Elnurə bürünc medal uğrunda moldovalı Mihaela Samoillə güləşib. Rəqibinə 14:7 hesabıyla qalib gələn Elnurə Məmmədova Avropa üçüncüsü olub.
Nigar Mirzəzadə (68 kq) ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nigar təsəlliverici görüşə çıxıb və polşalı Karolina Kozlovskaya 4:2 hesabıyla qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Karolina Poka (2:10) uduzan Mirzəzadə qitə birinciliyini 5-ci pillədə başa vurub.
Futbol üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşib
XTNS-dəki “Azərbaycan” pavilyonunda xarici diplomatların iştirakı ilə şahmat turniri keçirilib
“Mançester Siti” İngiltərə kubokunun qalibi olub
Azərbaycan kuboku: “Neftçi” - “Qəbələ” oyunu başlayıb
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Bakıda keçirilən dünya çempionatını izləyib