×
A
A
A
Sazlamalar

“Finca Azərbaycan”ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 16 mart, AZƏRTAC

Martın 16-da Bakı Fond Birjasında (BFB) "Finca Azərbaycan" QBKT MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 100 manat olan AZ2005019206 dövlət qeydiyyat nömrəli, 3 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 7 investor tərəfindən qiyməti 100 manat (12.5 faiz) olan 7 sifariş təqdim edilib. İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 100 manat (12.5 faiz) müəyyən edilib. İstiqrazın illik faiz dərəcəsi 12,5 faiz, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat olub. Yerləşdirilmiş istiqrazların ümumi həcmi “AzFinance investisiya şirkəti” QSC-nin və “Unicapital investisiya şirkəti” ASC-nin investorları tərəfindən təmin edilib.

Maliyyə 2023-03-16 17:59:00