×
A
A
A
Sazlamalar

ATAA bir sıra hotellərə səmərəli əməkdaşlığa görə təşəkkürnamələr təqdim edib

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) 2022-ci ildə Assosiasiyaya üzv olan şirkətlərlə qarşılıqlı biznes fəaliyyətinin qurulmasında sıx əməkdaşlıq edən və birgə iş birliyi formalaşdıran 30-a yaxın hotelin rəhbər şəxslərinə təşəkkürnamələr təqdim edib.
ATAA-dan AZƏRTAC- a bildirilib ki, tədbirdə çıxış edən Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hotellərlə turizm şirkətləri arasında birgə fəaliyyətin qurulmasının vacibliyinə toxunaraq qarşılıqlı iş birliyinin formalaşdırılmasının ölkə turizminin inkişafına daha çox fayda verə biləcəyini diqqətə çatdırıb.
Assosiasiya sədri rəhbərlik etdiyi qurumun gələcəkdə də turizm sənayesi nümayəndələri arasında sağlam rəqabətə əsaslanaraq qurulan qarşılıqlı biznes əlaqələrinin səmərəliliyinin artırılması və daha da genişləndirilməsi üçün bu istiqamətdə işlərin davam etdirəcəyini bildirib.
Hotel nümayəndələrinə təşəkkürnamələr Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov tərəfindən təqdim olunub.
Tədbirdə hotel nümayəndələri ilə yanaşı, Assosiasiyaya üzv olan bir sıra şirkətlər, eləcə də Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun nümayəndələri də iştirak ediblər.

Turizm 2023-03-16 17:40:29