×
A
A
A
Sazlamalar

İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı müzakirə olunub

Bakı, 16 mart, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında növbəti görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, AYİB-nin strategiya və siyasət üzrə direktoru Artur Radzivil, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr, işğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialı, həmçinin enerji tarifləri və investisiya fəaliyyətinin genişləndirilməsinə dəstək olan investisiya təşviqi sənədi haqqında məlumat verilib, müzakirələr aparılıb.

Energetika 2023-03-16 16:41:00