×
A
A
A
Sazlamalar

Bu il Azərbaycandan 4,1 milyon ton neft ixrac olunub

Bakı, 16 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında operativ göstəricilərə görə, hasil olunmuş 5,1 milyon ton neftin 4,1 milyon tonu ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter səhifəsində yazıb.
Həmçinin nazir qeyd edib ki, bu dövrdə 4 faiz artımla hasil edilmiş 8 milyard kubmetr qazın 4,3 milyard kubmetri ixrac olunub.

Neft - qaz 2023-03-16 13:42:00