×
A
A
A
Sazlamalar

Azərbaycanın qaz ixracı 13 faiz artıb

Bakı, 16 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artırıb.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter səhifəsində yazıb.
Nazir qeyd edib ki, Azərbaycan Avropaya 1,9 milyard kubmetr həcmində qaz tədarük edib: "Bu müddət ərzində Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub".
Nazir vurğulayıb ki, Azərbaycan yanvar-fevral aylarında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,9 milyard kubmetr qazla təchiz edib.

Neft - qaz 2023-03-16 11:31:00