×
A
A
A
Sazlamalar

U-23 Avropa çempionatı: İki qadın güləşçimiz üçün bürünc medal şansı

Bakı, 16 mart, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın üçüncü günündə - martın 15-də qadın güləşi üzrə millimizin 3 üzvü mübarizəyə qoşulub.
Şəhanə Nəzərova (50 kq) moldovalı Mariya Leordaya qalib gəlsə də, dörddəbir finalda litvalı Qabija Diliteyə məğlub olub.
Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovskanı məğlub edib. Dörddəbir finalda təmsilçimiz isveçli Emma Malmqrenə uduzub. Rəqib finala yüksəldiyi üçün E.Məmmədova martın 16-da bürünc medal uğrunda moldovalı Mihaela Samoillə güləşəcək.
Nigar Mirzəzadə (68 kq) ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz martın 16-da təsəlliverici görüşdə polşalı Karolina Kozlovska ilə qarşılaşacaq.

İdman 2023-03-16 02:09:00