×
A
A
A
Sazlamalar

Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb

Bakı, 16 mart, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında əsas mərhələ başa çatıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Voleybol Mərkəzində təşkil olunan XII turun ilk qarşılaşması MOİK və “Neftçi” komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. “Neftçi” əsas mərhələdəki son matçında 3:2 hesablı qələbə qazanıb.
Turun son oyununda isə “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizədə keçən matçın qalibi Şuşa komandası olub - 3:1.
Beləliklə, əsas mərhələnin son turundan sonra “Murov” 32 xalla turnir cədvəlində birinci olub. İyirmi üç xalla “Xarı bülbül” ikinci, 15 xalı olan “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncu pillədə yer alıb.
Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Murov” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Xarı bülbül” isə üçüncü yeri tutan “Neftçi” komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final raundu isə üç qələbəyə kimi oynanılacaq.

İdman 2023-03-16 00:42:00