Azərbaycan Kann şəhərində daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə təmsil olunur
Bakı, 15 mart, AZƏRTAC
Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üzrə Assosiasiya (ADREFA) Azərbaycanın Fransadakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində illik əsasda keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (Le Marché International des Professionnels de l’Immobilier - MIPIM) Azərbaycanı təmsil edir.
Azərbaycanın Fransadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, martın 14-dən 17-dək Kann şəhərində keçirilən MIPIM dünyanın ən böyük əmlak bazarı hesab edilir. Belə ki, o, dünya üzrə daşınmaz əmlak sahəsindəki peşəkarları bir araya gətirən, onlar üçün əlaqələrin yaradılması, şəbəkələrin qurulması və sənədləşməni əhatə edən beynəlxalq platformadır.
Tədbir çərçivəsində ADREFA Azərbaycanın daşınmaz əmlak sektoru, bu sahədə əldə olunan inkişaf, həyata keçirilən layihələr, habelə potensial tərəfdaşlara və sərmayədarlara bir sıra investisiya imkanları üzrə məlumat təqdim edir.
® “Azercell Telekom” Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
Bələdiyyə torpaqlarının idarəedilməsi sahəsində qarşıya çıxan məsələlər müzakirə olunub
Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir
Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında müsabiqə keçirir
İqtisadiyyatda rəqəmsallaşmanın tətbiqi müasir dövrün tələbidir