×
A
A
A
Sazlamalar

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs inzibati qaydada həbs edilib

Bakı, 15 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, Rüfət Cəfərov idarə etdiyi “Mercedes” markalı, 90-FL-444 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə manevretmə qaydalarını pozduğu üçün yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı R.Cəfərovun narkotik maddə qəbul etməsi müəyyən olunub.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən R.Cəfərov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rüfət Cəfərov inzibati qaydada həbs edilib.

Hadisə 2023-03-15 19:22:00